|
|
|
|
|
Beton istehsalı
|
|
|
"Gəncə Körpü Tikinti-2" Açıq Səhmdar Cəmiyyətinin Göy-göl rayonu, Quşqara kəndində yerləşən bazasında saatda 60 m3 beton istehsal edən zavodu vardır. Bu zavodda yüksək keyfiyyət və müasir texnologiya ilə 15 m və 18 m uzunluqlarda olan dəmir-beton aşırım tirləri, müxtəlif en kəsikli dəmir-beton borular, dəmir-beton yol dirəkləri, körpü dayaq sütunları, yığma dəmir-beton keçid blokları, müxtəlif fundament blokları, dairəvi dəmir-beton borular üçün təməl, başlıq altı blokları istehsal olunur. Bundan əlavə, müəssisənin 2 ədəd "Tümmak" markalı və hər biri saatda 60 m3 beton istehsalı gücünə malik 2 ədəd mobil tipli beton zavodu vardır ki, bu da öz növbəsində tikinti sahəsinin vaxtında və keyfiyyətli betonla təmin edilməsində mühüm rol oynayır. |
|
|
|
|
|
|