"Gəncə Körpü Tikinti-2" Açıq Səhmdar Cəmiyyəti yerli və beynəlxalq əhəmiyyətli layihələr üzrə müasir standartlara cavab verən yolların tikintisi işlərini həyata keçirir. Belə ki, beynəlxalq əhəmiyyətli "İpək Yolu" layihəsində uğurla iştirak edən cəmiyyət respublika ərazisində yüzlərlə kilometr yol tikmişdir. O cümlədən, şəhərdaxili və qəsəbədaxili yolların çəkilişində də böyük uğurlar əldə etmişdir. Bunlara misal olaraq, Goranboy rayonu, Aşağı Ağcakənd yaşayış qəsəbəsində qəsəbədaxili yolların tikintisi, Füzuli rayonu ərazisində qəsəbədaxili yolların tikintisi, Gəncə-Şəmkir avtomobil yolunun bərpası və yenidənqurulması, Yekəxana-Bədəlli-Poladı çay avtomobil yolunun inşaası, Gəncə Beynəlxalq Hava Limanı üçün enmə zolağının tikintisi, Şəmkir-Qazax avtomobil yolunun bərpası və yenidənqurulması, Tovuz Dolama Yolunun tikintisi, Gəncə şəhərində küçə və prospektlərin, məhəllədaxili yolların tikintisi, o cümlədən ətraf rayonlarda küçə və prospektlərin, qəsəbədaxili yolların tikintisi işlərini qeyd etmək olar. |