Layihələr
 
Masallı-ələt avtomobil yolu Lənkərançay körpüsünün layihələndirilməsi və tikintisi
 
Bakı şəhəri, Z.Bünyadov prospektinin Ə.Rəcəbli küçəsi ilə kəsişməsində müxtəlif səviyyəli yol qovşağının tikintisi
 
Şamaxı şəhəri kənd yollarının tikintisi layihəsi
 
Gəncə şəhərində, İmamzadə dini kompleksinin təmiri, bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması
AZ | RU | EN
Ana səhifə
Şirkət haqqında
Layihələr
Fəaliyyət sahələri
Texniki baza
Xəbərlər
Əlaqə
 Körpü və keçid salınması

             "Gəncə Körpü Tikinti-2" Açıq Səhmdar Cəmiyyəti respublika ərazisində müasir standartlara cavab verən bir çox körpü və keçidlər inşaa etmişdir və bu gün də etməkdədir. Müəssisə dünyanın qabaqcıl şirkətləri ilə əməkdaşlıqlar edir. Tikintidə istifadə olunan qəliblər dünyanın qabaqcıl istehsalçılardan olan "PERİ" şırkətində, deformasiya tikişləri Fransa təmsilçısı olan "Freysaş Freysinet" şirkətində, rezin dayaq hissələri "Arsan Kaucuk" və "Maurer" firmalarında istehsal olunub.

      Müəssisənin yüksək keyfiyyətlə inşaa etdiyi körpülərə və keçidlərə misal olaraq, Yevlax rayonunda “Şorsu” kanalı üzərindəki körpü keçidini, Yenikənd-Blix avtomobil yolunda, “Gəncə-Şəmkir avtomobil yolunun bərpası və yenidənqurulması” işləri üzrə 6 ədəd körpü keçidlərini, Qaraçay üzərində körpü keçidini,  Ağstafa rayonu Həsənsu çayı üzərində körpü keçidini, Qazax şəhərinə giriş avtomobil yolunun 8 km-də Ağstafa çay üzərində körpü keçidini, Bakı-Ələt avtomobil yolunun 22-69 km-də 7 ədəd körpü keçidlərini, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsindəki yolötürücüsüsünü, Qazax rayonu,  II Şıxlı kəndi ərazisində Xramçay körpü keçidini, Qəbələ-Bum-Tikanlı Abrıx avtomobil yolunun 12 km-də Qaraçay üzərində körpü keçidini, Sabunçu rayonu ərazisində dəmiryolu üzərindəki körpünü,  Suraxanı dairəsi yaxınlığında  yolqovşağını, M. Hadi küçəsi ilə Babək prospektinin kəsişməsindəki və Mikayıl Əliyev küçəsi ilə Babək prospektinin kəsişməsindəki yolqovşağı kompleksini, Kürdəmir-Ucar a/y (KM 0+000 – KM 42+056) tikintisi  üzrə 3 ədəd körpüləri və 2 ədəd yeraltı piyada keçidlərini,  Ələt-Masallı Avtomobil Yolunun (0-9 KM) 1A hissəsinin tikintisi üzrə  2 ədəd yol qovşağıni və 1 ədəd yeraltı piyada keçidini, “Yevlax-Gəncə Avtomobil Yolunun 4 zolaqlı səviyyədə genişləndirməklə tikintisi  layihəsi üzrə 8 ədəd körpü keçidini və 7 ədəd yol qovşağını, Gəncə Dolama Yolunun "Bərpası və Yenidənqurulması"layihəsi üzrə 4 ədəd körpü keçidlərini qeyd etmək olar.

��� ����� ��������. ���� ����������  ��� ������� Lider