|
|
|
|
|
Tamamlanmış layihələr
|
|
|
M. Hadi küçəsi ilə Babək prospektinin kəsişməsindəki və Mikayıl Əliyev küçəsi ilə Babək prospektinin kəsişməsindəki yolqovşağı kompleksinin tikintisi. |
|
"Bakı şəhərində Nəqliyyat Sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı" sərəncamına müvafiq olaraq daha bir yolqovşağı kompleksi M. Hadi küçəsi ilə Babək prospektinin kəsişməsindəki (Xalqlar Dostluğu metrosu dairəsi) və Mikayıl Əliyev küçəsi ilə Babək prospektinin kəsişməsindəki (Maşın bazarı dairəsi) bu nəhəng körpü kompleksinin inşaası uğurla tamamlanaraq, 2009-cu ildə istismara verilmişdir. Bu yol qoşağı istinad divarları ilə birlikdə ümümi uzunluğu 2 km -dən artıq olan 2 ədəd körpüdən , 3 ədəd avtomobil keçidindən ibarətdir. Bundan başqa piyadaların keçidini asanlaşdırmaq məqsədi ilə 2 ədəd tağşəkilli piyada keçıdi tikilib. Əsas körpülərdən birinin uzunluğu 196m, digərinin uzunluğu isə 129metrdir. Hər iki körpü 5 aşırımdan ibarətdir və aşırım hissələri xüsusi texnologiya ilə gərginləşdirilib. Körpülər üzərində hərəkət zolağı 4 cərgəlidir, ümumi eni 23.4 metrdir. Yanaşma yollarının uzunluğu 2640 m, istinad divarlarının ümumi uzunluğu 4320 metrdir. Yan yollalardan körpülərə çıxmaq üçün 4 ədəd ramp tikilib.İstinad divarları arası yolörtüyü 22 sm qalınılqda verilib ki, bu da yolqovşağının etibarlı istismar müddətinin artırır. |
|
|
|
|
|
|